+994 12 431 35 31; +994 12 433 66 84 / 87 / 89 / 91 +994 50 208 02 55

Ultrasəs Müayinəsi

Ultrasəs müayinəsi tibdə ən çox istifadə olunan görüntüləmə üsullarından biridir. Ekranda olan təsvir bədən strukturlarından əks olunan müxtəlif ultrasəs keçiriciliyinə malik dalğaların analizi nəticəsində formalaşır.

Ultrasəs müayinə otaqları son nəsil 3D, 4D müasir aparatları ilə təchiz olunmuşdur: Philips İU22 Xmatrix, GE Logic S7 Expert, GE Logic P5, Philips HD11Xe.Müayinənin məqsədi orqan və orqana dair sistemlərin anadangəlmə və qazanılmış patologiyalarını aşkar etmək, xəstələrə diaqnozun qoyulmasına yardım, o cümlədən patoloji prosesin gedişinə və aparılan müalicənin nəticələrinə nəzarətdən ibarətdir. Qarın boşluğunda yerləşən parenximatoz orqanların, qalxanvari vəzin , böyrək və böyrəküstü vəzin, sidik kisəsinin, yumşaq toxumaların , süd vəzilərinin və regional limfa düyünlərinin , ginekoloji orqanların, kişilərdə isə prostat vəzin və s. ultrasəs müayinəsi orqanlardakı patologiyaların aşkarlanmasında geniş istifadə olunur. Bu avadanlıqların köməyi ilə hamiləliyin I,II,III trimestrlərində uşaqlıq plasentar qan dövranının dopplerometriyası, baş-boyunun, beyinin , aşağı və yuxarı ətraf damarlarının rəngli dopplerometriyası aparılır ki, bu da orqanların qan-damaq sistemindəki dəyişiklikləri görməyə imkan verir.

Rəngli doppler müayinəsi

  • Beyinə qan daşıyan böyük damar daralmalarında və trombların aşkarlanmasında;
  • Hamiləlik təqibində uşağın və ananın risk altında olub-olmadığının dəyərləndirilməsində;
  • Yüksək təzyiqin böyrək mənşəli olub-olmadığının araşdırılmasında;
  • Qaraciyər sirrozunda detalların təsbitində;
  • Ətrafların damar xəstəliklərində

əvəz olunmazdır.

Klinikada aparılan müayinələr:

      • · Damarların ultrasəs müayinəsi:

          - Baş-boyun arteriyalarının rəngli doppleroqrafiyası;

          -  Aşağı və yuxarı ətraf vena və arteriyaların doppleroqrafiyası;

      • Qalxanvari vəzin, paratireoid vəzilərin və regional limfa düyünlərinin USM-i;

      • Süd vəziləri və regional limfa düyünlərinin USM-si;

      • Qarın boşluğu orqanlarının : qaraciyər, öd kisəsi, öd yolları, mədəaltı vəzi, dalaq USM-i;

      • Böyrək, böyrəküstü vəzi, peritonarxası boşluq, aortanın abdominal hissəsinin USM-i;

      • Prostat vəzin USM-i (transabdonimal, transrektal);

      • Sidik kisəsinin USM-i, qalıq sidiyin təyini;

      • Skrotal USM;

      • Skrotum damarların doppleroqrafiyası;

      • Ginekoloji USM (transabdominal, transvaginal);

      • Hamiləliyin USM I, II, III trimestrdə uşaqlıq-plasentar qan dövranının dopplerometriyası;

      • Yumşaq toxumaların USM-i;

      • Tüpürcək vəzilərin USM-i;

      • Periferik limfa düyünlərinin USM-i

      • Göz almasının USM-i;

Pediatriyada

  • Bud-çanaq oynağının USM-i
  • Neyrosonoqrafiya

US müşahidəsi ilə qalxanabənzər vəzin, tüpürcək vəzilərin, dərialtı törəmələrin və s. diaqnostik incə iynə punksiya biopsiyası mümkündür.

Həmçinin bu avadanlıqlarda ultrasəs dalğaların köməyi ilə elastometriya müayinəsini də aparmaq mümkündür. Elastometriya daxili orqanların toxuma sıxlığını göstərir və toxumanın fibrozlaşma dərəcəsini təyin edir. Bu da bir sıra (qaraciyər, süd vəzi, qalxanabənzər və s.) xəstəliklərin diaqnostikasında vacibdir.

Tibbi məlumatlar

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu.,Zərdabi küç. 53

 +994 12 431 35 31

 +994 12 433 66 84 / 87 / 89 / 91

 +994 50 208 02 55

 info@tusiklinika.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

 Bayram günü : 

Facebook-da Biz

N.Tusi 2024 © Bütün hüquqlar qorunur. Dizayn: İNNOA MMC