+994 12 431 35 31; +994 12 433 66 84 / 87 / 89 / 91 +994 50 208 02 55

Nevroz

 

Müasir insanların bir çox hissəsi daim stress vəziyyətlərinə düşür. Belə xroniki stress sinir sisteminin tükənməsinə səbəb olur ki, bunun nəticəsində insanda nevroz inkişaf edir. Bəzən insanlar bunu anlamır və nevrozun simptomlarını digər xəstəliklər, yorğunluq və s. ilə əlaqələndirirlər. Bu isə nevrozun daha da dərinləşməsinə və artıq fəsadların inkişafına səbəb olur. Nevrozun ilk simptomlarında həkimə müraciət edib pozulmanı müalicə etmək lazımdır. Əks halda nevrozun fonunda insanda ciddi xəstəliklər inkişaf edə bilər, nevroz insanın həyatına, yaxınları ilə münasibətlərinə, karyerasına ciddi ziyan vura bilər. Özünüzdə nevrozun olub-olmadığını bu testin köməyi ilə yoxlayın. Əgər siz sadaladığımız simptomların bir çox hissəsini özünüzdə müşahidə edirsinizsə, bu o deməkdir ki, siz artıq nevrozdan əziyyət çəkirsiniz.

  1. Siz çox tez və cüzi səbəblərə görə əsəbləşirsiniz, özünüzdən çıxırsınız.
  2. Siz hər şeyə görə həyacanlanırsınız, narahat olursunuz, daim nədənsə qorxursunuz, “pis xəbər” gözləyirsiniz.
  3. Əhvalınız çox tez-tez və kəskin dəyişilir.
  4. İstənilən adi işə başladıqda çox tez yorulursunuz, tez-tez “gücüm yoxdur” ifadəsindən istifadə edirsiniz.
  5. Yuxuya çətinliklə gedirsiniz, yuxudan “doymursuz”, səhərlər özünüzü dincəlmiş hiss etmirsiniz, gün ərzində yuxulu olursunuz. 
  6. Bədənin müxtəlif nahiyələrində səbəbsiz ağrılar olur – ürək, qarın nahiyəsində.
  7. Baş ağrıları Sizi tez-tez narahat edir.
  8. Sizi artmış tərləmə, ürək döyünməsinin tezləşməsi narahat edir.
  9. Yaddaşın, diqqətin, təfəkkürün pozulmasını hiss edirsiniz.
  10. Güclü səslər, parlaq işıq sizi qıcıqlandırır.

Mənbə:saglamolun.az

Tibbi məlumatlar

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu.,Zərdabi küç. 53

 +994 12 431 35 31

 +994 12 433 66 84 / 87 / 89 / 91

 +994 50 208 02 55

 info@tusiklinika.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

 Bayram günü : 

Facebook-da Biz

N.Tusi 2024 © Bütün hüquqlar qorunur. Dizayn: İNNOA MMC