+994 12 431 35 31; +994 12 433 66 84 / 87 / 89 / 91 +994 50 208 02 55

Haqqımızda

FG 08555Nəsirəddin Tusi adına Klinika olaraq ilk addımlarımızı 2006-cı ildə atdıq və biz hələlik uzun bir yolun başlanğıcındayıq...

Klinikamızın yaradılması özəl səhiyyə sisteminə dair yerli təcrübələrin yetərincə olmadığı, çox az sayda özəl tibb müəssisələrinin fəaliyyət göstərdiyi dövrə təsadüf edirdi. Bunlara baxmayaraq, Nəsirəddin Tusi adına Klinika öz yaradıcılarının səriştələri sayəsində böyük və fərqli bir məktəbin əsasını qoydu, bununla da ölkənin özəl səhiyyə sisteminin ilk dayaq nöqtələrindən birinə çevrildi. N. Tusi adına Klinika elə bir iş məktəbi yaratdı ki, burada çalışmış onlarla insanın gələcək fəaliyyətində “vizit kartı” sayıldı, onların inkişafına, daha yüksək mövqe tutmalarına səbəb oldu...

N. Tusi adına Klinika hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 01.08.2018-ci il tarixli EL-26612018 qeydiyyat nömrəli lisenziya əsasında fəaliyyətini davam etdirir. Klinikanın fəaliyyəti çoxsahəlidir; poliklinika xidmətindən tutmuş əməliyyat bloku, reanimasiya-anesteziologiya şöbələrinə kimi və fəaliyyət çevrəmiz bu gün də genişlənməkdədir. Mövcud olduğumuz 13 il ərzində müxtəlif ideyalar üzərində çalışmış, daha mükəmməl, daha fərqli xidmətlər təşkil edə bilmişik.

Klinikamız mövqeyinə görə Bakı şəhərinin ən əlverişli ərazisindədir. Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalına, 20 Yanvar metrostansiyası yaxınlığında yerləşməsi vətəndaşların gəliş-gedişlərini daha da asanlaşdırır. Müəssisəmiz üçmərtəbəli geniş sahəyə malikdir. Stasionar şöbəsi bir və ikiçarpayılıq, VİP palatalardan təşkil olunmuşdur. Stasionar xəstələrinin, eyni zamanda müayinə və müalicə məqsədilə müraciət edən digər pasiyentlərin gəzmələri, dincəlmələri üçün yaşıllıqla əhatə olunmuş həyətyanı sahə vardır. Stasionarda yatan xəstələrin avtomobillərinin saxlanması üçün müvafiq dayanacaq da yaradılmışdır. Klinika fasiləsiz olaraq su və elektrik enerjisi ilə təmin olunur.

Poliklinika şöbəsi kardiologiya, qastroenterologiya, ginekologiya, travmatologiya, endokrinologiya, urologiya, otorinolarinqologiya, nevrologiya, terapiya, oftalmologiya, pediatriya, dermatologiya və digər müxtəlif qollara ayrılır. Peşəkar həkimlər tərəfindən hər sahə üzrə ambulator qəbullar həyata keçirilir.

Şüa diaqnostika şöbəsi klinikamızın ən mühüm strukturlarından biridir. Şöbə başlıca olaraq nüvə-maqnit rezonansı, kompüter tomoqrafiyası, rentgenoloji, ultrasəs müayinəsi xidmətlərini əhatə edir.

Şöbədə müasir standartlara cavab verən 2 MRT və 1 KT aparatları yerləşdirilib. Həmin aparatlar vasitəsilə sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların dəyərləndirilməsi həyata keçirilir. Şüa diaqnostika şöbəsində eyni zamanda rentgenoqrafiya və ultrasəs müayinələrinin aparılması üçün son model avadanlıqlar vardır.

Fizioterapiya və tibbi reabilitasiya şöbəsi müəssisəmizin ən böyük və müasir xidmət sahələrindəndir. Müxtəlif tibbi avadanlıqlarla təchiz olunmuş bu şöbədə maqnitoterapiya, lazer terapiyası, zərbə-dalğalı terapiya (Dualith), infraqırmızı şüa terapiyası, manual terapiya, SpineMed, ultarsəs terapiya, skalioz, akupunktura, masaj, limfodrenaj və bu kimi prosedurlar aparılır.

Laboratoriya hər bir tibb müəssisəsinin əsas sütunlarından sayılır. Klinikamızın laboratoriyası nizamlı iş sistemi, operativliyi ilə fəaliyyətimizin səmərəliliyini artırır. Laboratoriyada müxtəlif müayinələr- ümumi kliniki, hematoloji, biokimyəvi, immunoloji, mikrobioloji, sitoloji, tibbi-genetik müayinələr aparılır. Tam avtomat avadanlıqların olması, keyfiyyətli reaktiv və test sistemlərinin istifadəsi analizlərin dəqiqliklə həyata keçirilməsinə imkan yaradır.

Əməliyyat bloku-anesteziologiya-reanimasiya- intensiv terapiya və stasionar şöbələri vəhdət halında və saat mexanizmi kimi dəqiqliklə təşkil olunub. Sistemli şəkildə yaradılmış bu şöbələr müasir standartlara uyğun olan hər cür tibbi avadanlıq və alətlərlə təchiz olunmuşdur. Klinikanın cərrahiyyə xidməti başlıca olaraq travmatologiya-ortopediya, ümumi cərrahiyyə, otorinolarinqologiya (LOR), urologiya, plastik cərrahiyyə, ginekologiya, uşaq cərrahiyyəsi, neyrocərrahiyyə və digər sahələr üzrə həyata keçirilir.

N. Tusi adına Klinika peşəkar və təcrübəli həkimlərin çalışdığı bir məkandır. Həkim-mütəxəssislərin böyük əksəriyyəti xaricdə iş təcrübəsinə malik, dünyanın bir sıra ölkələrində ixtisaslaşmış və təkmilləşmə kursları keçmiş kadrlardır. Onların arasında alimlər, professorlar, tibb üzrə fəlsəfə doktorları vardır. Peşəkar orta tibbi heyət tibbi xidmətlərin daha keyfiyyətlə və dəqiqliklə həyata keçirilməsində böyük rol oynayır.

Sağlamlıq gücün və xoşbəxtliyin mənbəyidir. İnsanların daha güclü və xoşbəxt olmaları üçün onların ümidlərini hər zaman dəstəkləməyə hazırıq!

Tibbi məlumatlar

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu.,Zərdabi küç. 53

 +994 12 431 35 31

 +994 12 433 66 84 / 87 / 89 / 91

 +994 50 208 02 55

 info@tusiklinika.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

 Bayram günü : 

Facebook-da Biz

N.Tusi 2024 © Bütün hüquqlar qorunur. Dizayn: İNNOA MMC