3-5 may tarixləri arasında Gürcüstan Respublikasının paytaxtı Tiflis şəhərində Avropa Radioloqlar İttifaqının səyyar məktəbinin simpoziumu və Gürcüstan Radioloqları Assosiasiyasının V beynəlxalq konqresi keçirilib.
Konqresdə ölkəmizi N. Tusi adına Klinikanın Şüa diaqnostikası şöbəsinin müdiri, Respublika Radioloji Cəmiyyətinin rəhbəri Yunus Əfəndiyev təmsil edib.
Y. Əfəndiyevin verdiyi məlumata görə, toplantıda Fransa, İtaliya, Almaniya kimi bir sıra qabaqcıl ölkələrin mütəxəssisləri də iştirak ediblər. Konqresdə başlıca olaraq Avropa Radioloqlar İttifaqının tədris kursu və tibdə görüntüləmənin son vəziyyəti müzakirə olunub.
Qeyd edək ki, həmyerlimiz mayın 4-də “Neyroradiologiyada nadir görüntülər” mövzusuda geniş məruzə ilə çıxış edib.
Şəkilaltı: Yunus Əfəndiyev Gürcüstan Radioloqları Assosiasiyasının rəhbəri George Tsivtsivadze ilə.