Mütəxəssislər qripdən qorunmaq üçün bu kimi sübut olunmuş vasitələri təqdim edir:
- Qripə qarşı peyvənd (əks-göstərişlər olmadığı halda).
- Sağlam və tam dəyərli qidalanma (meyvə-tərəvəzlər, süd məhsulları, yarmalar, ət, yumurta). Şirniyyatların qəbulunu məhdudlaşdırın. Sübut olunub ki, şirniyyatların çoxlu miqdarda qəbulu immun sistemini zəiflədir və orqanizmin virus və mikroblara qarşı davamlılığını azaldır.
- Normal yuxu. Gecə yuxusu 7-8 saatdan az olmamalıdır. Yuxunun az olması orqanizmdə bərpa proseslərini pozur və bizi viruslara qarşı daha zəif edir.
- Fiziki aktivlik. Araşdırmalar göstərir ki, hətta minimal fiziki aktivlik orqanizmin viruslara qarşı davamlılığını artırır.
- Evlərin və iş yerlərinin havasının daim nəmləndirilməsi. Qripp virusu quru havada daha uzun müddət ərzində yaşayır və daha sürətlə yayılır.
- Əllərin tez-tez yuyulması, səthlərin (masalar, qapıların dəstələri, kompüter klaviaturaları və s.) dezinfeksiya vasitələrlə (xüsusi salfetlər və s.) tez-tez silinməsi.