Tibbi görüntüləmə -insan orqanizminə invaziv müdaxilə olmadan daxili orqan və toxumalarını görmək imkanı verən və özündə bir sıra müayinə üsullarını birləşdirən tibbin bir bölümüdür.
Tibbi görüntüləmə cihazları vasitəsilə ilə orqanizmdə struktur dəyişikliyi müəyyən etmək, toxumalardakı fiziki və kimyəvi dəyişiklikləri müəyyən etmək mümkündür. Klinikanın şüa diaqnostika şöbəsi
- Rentgen diaqnostika
- Kompüter tomoqrafiya
- Maqnit rezonans tomoqrafiya
- USM
bölmələrindən ibarətdir.
Rentgen-müayinə metodu yüz ildən artıqdır ki, tibbdə istifadə olunmasına baxmayaraq hələ də aktuallığını və diaqnostik əhəmiyyətini saxlamasıdır. Distansion idarəetmə sistemi ilə təchiz olunmuş GE Healthcare rəqəmli rentgen cihazında təsvirin yüksək keyfiyyəti müayinənin diaqnostik cəhətdən informativliyini artırır. Alınmış təsvir üzərində müəyyən əməliyyatların aparılma imkanı rəqəmli rentgen müayinəsinin ən üstün cəhəti hesab olunur. Rəqəmli rentgen apaatında şüalanma dozası adi rentgen müayinəsinə nisbətən dəfələrlə azdır.
Elektron sistemlər nəinki rengenoqrafik eyni zamanda rentgenoskopik fiksasiyanın sparılmasına imkan verir.Əldə olunmuş nəticə kinematoqrafik (dinamik) xarakter daşıyır.Əldə olunmuş nəticələri pasientin arzusu ilə rentgen filmlərinə, həm də kompüter CD-disklərə yazıla bilər.
Klinikamızın rentgen kabinetində aşağıdakı müayinələr aparılır:
- Döş qəfəsinin R-qrafiyası;
- Kəllə sümüklərinin, burun sümüklərinin, paranazal sinusların , nazofarinksin, türk yəhərinin R-qrafiyası;
- Ətraf sümükləri,oynaqlar;
- Fəqərə sütunu, funksional sınıqlar;
- Qarın boşluğunun R-qrafiyası;
- Qida borusu, mədə, 12-barmaq bağırsaq, nazik bağırsaqların R-skopiya;
- Yoğun bağırsağın perolral müayinəsi;
- İrriqoqrafiya;
- Histerosalpinqoqrafiya;
- Ekskretor uroqrafiya;
- Fistuloqrafiya;
- Sistoqrafiya.