+994 12 431 35 31; +994 12 433 66 84 / 87 / 89 / 91 +994 50 208 02 55

Ginekologiya

Ginekologiya-kliniki təbabətin qadın orqanizminin müxtəlif yaş dövrlərində anatomo-fizioloji , fiziki və psixi xüsusiyyətlərini, qadın cinsiyyət sisteminin xəstəliklərini, onların diaqnostika, müalicə və profilaktika  üsullarını öyrənən sahəsidir.

Ginekologiya qadının hərtərəfli sağlamlığı ilə məşğul olur. N.Tusi adına klinikanın ginekoloji kabineti  müasir təbabətin tələblərinə cavab verə biləcək səviyyədə fəaliyyət göstərir. Həkim-ginekoloqlarımızın köməyi ilə pasiyentlərə hərtərəfli peşəkar tibbi yardım göstərilir və məsləhətlər verilir.

Kabinetdə müxtəlif ginekoloji xəstəliklərin:

  • Uşaqlıq miomaları;
  •  Endometrioz;
  •  Yumurtalıqların kistası;
  • Endometriya və uşaqlıq boynunun hiperplaziyası və polipləri;
  • Uşaqlıq boynu patologiyaları;
  • Müxtəlif etiologiyalı uşaqlıq qanaxmaları;
  • Qadın cinsiyyət orqanlarının iltihabı xəstəlikləri;
  • Sonsuzluq;
  • Cinsi yolla ötürülən infeksiyalar və s.

diaqnostika və müalicəsi aparılır.

Həkim-ginekoloqlarımız tərəfindən uşaqlıq daxili inseminasiya(İUİ) xidməti də uğurla həyata keçirilir.

Uşaqlıqdaxili İnseminasiya (İUİ) qısa müddət davam edən ağrısız bir müalicə üsuludur.

Uşaqlıqdaxili İnseminasiya (İUİ) üsulu bir il boyunca normal cinsi əlaqəyə baxmayaraq, hamilə qala bilməmiş və sonsuzluq diaqnozu qoyulmuş xəstələrə tətbiq edilən bir yardımçı reproduktiv üsuldur.

Klinikanın ginekoloqları tərəfindən HSQ (histerosalpinqoqrafiya) diaqnostik müayinəsi də aparılır.

Histerosalpinqoqrafiya uşaqlıq və uşaqlıq borularının kontrast maddə verilərək uşaqlıq borularının açıq olub-olmamasının, eyni zamanda uşaqlığın vəziyyətini təyin etmək üçün istifadə olunan diaqnostika metodudur. Kontrast maddə xüsusi plastik boru vasitəsilə uşaqlıq daxilinə vurulur və nəticədə rentgen filmində orqanların görülməsi mümkün olur.

Kolposkopiya yeni müasir videokolposkop ilə aparılır. Bu müayinə həkimə uşaqlıq boynu və uşaqlıq yolunun dəfələrlə böyüdülmüş şəklini görməyə, həmin nahiyələrin xərçəng və xərçəng yönü dəyişikliklərini aşkar etməyə imkan verir. Kolposkopiya uşaqlıq boynu eroziyası, leykoplakiya, ektopya, uşaqlıq boynunun displaziya və xərçənginin diaqnostikasında əvəzolunmaz müayinə üsuludur.

Tibbi məlumatlar

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu.,Zərdabi küç. 53

 +994 12 431 35 31

 +994 12 433 66 84 / 87 / 89 / 91

 +994 50 208 02 55

 info@tusiklinika.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

 Bayram günü : 

Facebook-da Biz

N.Tusi 2024 © Bütün hüquqlar qorunur. Dizayn: İNNOA MMC