Endoskopiya-xüsusi optik alətlər –endoskoplar vasitəsilə vizual olaraq müayinə etməyə imkan verən metoddur. Klinikamızın endoskpiya kabineti-optik avadanlıqların istehsalında lider olan Olympus firmasının GİF, JF və Pentax EPN, EC, EG kimi müasir avadanlıqları ilə təchiz olunub.
Bu müasir videoqastroskop və videokolonoskop yüksək keyfiyyətli təsvir alınmasına şərait yaradır.Yüksək keyfiyyətli dəqiq təsvir daxili oqranların selikli qişasında ən xırda dəyişikliyi belə aşkar etməyə və xəstəliyə (eroziyalar, xoralar, bədxassəli və xoşxassəli şişlər, kobud çapıqlar, divertikulalar, kron xəstəliyi, qastropatiya, enteropatiya, qida borusu və mədədə varikoz genişlənmələr) erkən mərhələdə diaqnoz qoymağa imkan verir. Müayinənin aparılmasında yüngül narkozdan istifadə xəstələrin komfortlu müayinəsini təmin edir, lazım olan hallarda endoskopiya zamanı vizual nəzarət altında diaqnostik biopsiya da götürülür. Bütün müayinələrdən sonra endoskopik alətlər avtomatik yuyucu apartala sterilizasiya olunur.
Klinikamızda həyata keçirilən endoskopik müayinə və əməliyyatlar:
- Fibroezofaqoqastroduodenoskopiya
- Fibrorektosiqmoskopiya
- Total fibrokolooskopiya
- Ureaza testi
- Yuxarı tənəffüs yollarının endoskopiyası (burun-udlaq, ağız-udlaq, qırtlaq-udlaq, qırtlaq-udlaq, qırtlaq)
- Fibrobronxoskopiya
- Qanaxmanın dayandırılması (diatermokoaqulyasiya)
- Yad cismin qida borusundan, mədədən bronx və traxeyadan xaric ediməsi
- Qida borusunun, mədənin, yoğun bağırsağın polipektomiyası
- Sanatsion bronxoskopiya
- RPXQ diaqnostik
- PST
- Biliar traktdan daşların xaric edilməsi
- Nazointestinal və nazobiliar zondun qoyulması
- Mədə bezoarının mexaniki litotripsiyası
- Xoledoxdakı daşların litotripsiyası
- PH-metriya
- Varikoz genəlmiş düyünlərə elastik halqaların qoyulması
- Biliar trakta stendin soyulması
- Xromoskopiya
- Biliodiqestiv anastomozun reviziyası
Müayinənin üstünlükləri:
-Qida borusu, 12-barmaq bağırsaq və yoğun bağırsağın patologiyaları zamanı qoyulan diaqnozlarda obyektivlik 95-98% təşkil edir.
-Mədə -bağırsaq sisteminin xəstəliklərinin müasir diaqnostika və əməliyyat metodları xəstənin stasionarda qalma müddətinin nəzərə çarpacaq dərəcədə qısalması və son nəticənin effektiv olmasına imkan verir.