KOLO-PROKTOLOGİYA-ümumi cərrahiyyənin yoğun bağırsaq, düz bağırsaq, anal və perianal bölgə xəstəlikləri ilə məşğul olan sahəsidir.
YOĞUN BAĞIRSAQ (KOLON)-REKTUM VƏ ANUS XƏSTƏLİKLƏRİ cüzi rahatsızlıqlarla yanaşı, həyat üçün təhlükə yaradan hallara da səbəb ola bilər. Bu xəstəliklərdə erkən diaqnostika və müalicə çox zaman xəstənin həyatı üçün yarana biləcək narahat vəziyyətləri aradan qaldıra və xilasedici ola bilir.
KOLO-REKTAL xəstəliklərin ümumi əlamətləri bunlardır: anusdan qanın gəlməsi, defekasiya aktında nəcisin incəlməsi, qəbizlik və ya əksinə, diareyanın (ishal) olması, defekasiya aktından sonra tam rahatlanmama və təkrar-təkrar tualet ehtiyacını həyata keçirmək istəyi, defekasiya aktı zamanı ağrının olması , anus nahiyəsində qaşıntı, dəri aşılanması , şişkinliklər və yaraların olması və s.
KOLO-REKTAL xəstəliklərin diaqnostikası bunlardır:
- Fiziki müayinə üsulları:
Rektal- bimanual müayinə: Anus və rektumun əlcək geyinilərək barmaqla icra olunan müayinəsidir. Bu üsulla həmin nahiyənin bir çox xəstəlikləri əllənərək aşkarlana bilir. - Endoskopik müayinə üsulları:
Anoskopiya, Rektoskopiya, Proktoskopiya-xüsusi işıqlandırılan optik cihazla bağırsaq içinin 30 sm-ə qədər görüntülənməsidir. - Total video kolonoskopiya- yoğun bağırsağın bütün şöbələrinin endoskopla görüntülənməsidir.
- Rentgen müayinəsi:
- Fistuloqrafiya-anal, perianal nahiyyənin fistulalarının rentgen kontrast maddə vurulmaqla rentgen müayinəsi;
Iriqoskopiya və iriqoqrafiya-yoğun bağırsağın bütün şöbələrinin rentgen kontrast maddə yeridilməklə rentgen şəklinin çəkilməsi üsuludur. - Kompyuter tomoqrafiyası
- Laborator müayinələr: nəcisdə gizli qanın müayinəsi, nəcisin əkilməsi, disbakterioza görə müayinəsi, qanın ümumi analizi, onkomarkerlərin təyini və s.
Müalicə üsulları
- Konservativ müalicə
- BAND LİGASİYASI: Lateks həlqələrin daxili babasillərdə tətbiq olunaraq boğulması.
- Cərrahi əməliyyat