+994 12 431 35 31; +994 12 433 66 84 / 87 / 89 / 91 +994 50 208 02 55

Hal-hazırda bütün dünyada şəkərli diabetin və onun təhlükəli ağırlaşması olan və diabetik ayaq sindromunun artım tempi qeyd edilməkdədir.Tibbin müasir nailiyyətlərinin tətbiqinə baxmayaraq, bu patologiya zamanı bütövlükdə ətrafin itirilməsi və buna bağlı əlillik və ölüm faizinin yüksək olması da qeyd edilir.

Dünyada hər 40 saniyədən bir şəkərli diabeti olan xəstə üzərində əlilliyə səbəb olacaq bir əməliyyat icra edilir. Xüsusi ilə qeyd etmək lazımdır ki, bu qrup xəstələrdə aşağı ətrafların amputasiyası şəkərli diabetdən əziyyət çəkməyən xəstələrə nisbətən 17-45 dəfə çoxdur. Diabetik ayaq fonunda irinli-nekrotik ağırlaşmaların inkişafı qeyri-travmatik amputasiyaların əsas səbəbi sayılır.

Digər tərəfdən,diabetik ayaq sindromunun erkən diaqnostikası müsbət morfofunksional nəticələrinin əldə edilməsini təmin edə bilən müalicəsinin çətinliyi onun etiologiyasının çoxfaktorlu olması, patogenezinin və klinik gedişinin mürəkkəbliyi və ilə izah edilir. Ona görə də bu problem multidisiplinar olub, endokrinologiya, cərrahiyyə, ortopediya, nevrologiya, angiologiya, radiologiya və digər sahələrin ortaq problemidir.

Diabetik ayaq yarası hansı səbəblərdən və necə yaranır?
Diabetik ayaq yarası şəkər xəstəliyinin uzun müddət davam etməsi nəticəsində meydana gələn kəskin və ya xroniki yara növlərindan biridir. Əsas səbəbi şəkər xəstəliyi olsa da, sinirlərin, qan damarlarının və sümüklərin zədələnməsi səbəbindən əmələ gəlir.

diabetik ayaq

Diabetik ayaq yarası hər bir yaşda müşahidə oluna bilər,  lakin yaşlandıqca bu risk daha da artır. Aparılan araşdırmalara görə,hər beş şəkər xəstəsindən biri yara riski ilə qarşı-qarşıya qalır.

diabetik ayaq 2

Neyropatiya - adlandırılan hissi və motor sinirlərin diabetdən zədələnməsi  yaraların əmələ gəlməsinin səbəblərindən biri sayılır. Bunlarla yanaşı ayaqlardakı tər və yağ vəzilərinin sinirlərinin diabet səbəbi ilə zədələndiyi üçün dərinin nəmliyinin itirilməsi, quruluğun yaranması mikrobların artıb coxalması üçün şərait yaradır və bu da irinli yaraların əmələ gəlməsi ilə nəticələnir.

diabetik ayaq 3

Arterial damarların daralması və ya tutulması – angiopatiya səbəbindən ayağın qanla təchizatı pozulur, bu isə özlüyündə həm yaraların meydana çıxmasına, həm də onların müalicəsinin çətinləşməsinə səbəb olur.

diabetik ayaq 4

Damar tutulması səbəbindən əmələ gələn yaralarda ayağın qidalanmasının kəskin pozulması baş verir. Bu səbəbdən həmin nahiyənin dərisinin rəngi solğunlaşır, ayaq soyuyur, keyləşmə və qarışqa gəzməsi kimi hissiyyat əmələ gəlir. Ayaqda aktiv və passiv hərəkətlər məhdudlaşır. Ayağın qan təchizatı həddindən çox pozularsa, toxuma hüceyrələri ölür və qanqrena baş verir.

Ayaq sümüklərində gedən patoloji proseslər – osteoartropatiya ayağın deformasiyasına, onun yastılaşmasına, ağırlıq mərkəzinin dəyişməsinə gətirib çıxarır.

Fiziki travmalar da öz növbəsində yaraların əmələ gəlməsinin əsas səbəblərindən sayılır. Ayağa hər hansı iti uclu bir cismin batması, ayağın cızılması, dırnaqların düzgün kəsilməməsi, ayaqqabı vurması və ya ayaqqabının ayağı sıxması yara riskini daha da artırmış olur.

Diabetik ayaq yarası adətən ayağın daha çox təzyiqə məruz qalan hissələrində əmələ gəlır. Ayaqaltı və daban isə ən çox təzyiqə məruz qalan nahiyələrdir.Yaralar fərqli ölçü və dərinliklərlə müşahidə olunur. Onlar səthi və dərin ola bilirlər. Yara səthi görünsə də, bəzən əzələ və sümük toxumasına qədər yayılır. Yarada iltihab və infeksiyalaşma olarsa, ətraf qırmızı və ya bənövşəyi rəngdə olur. İnfeksiyalaşma ağırlaşdıqda, yaranın ətrafı şişə, proses daha yuxarı nahiyyələrə yayıla bilir və ağrılar şiddətlənir.

diabetik ayaq 5

Diabetik ayaq sindromunun standart müalicəsi risk faktorlarının aradan qaldırılmasına, qlikemiyanın normallaşmasına, perfuziyanın yaxşılaşdırılmasına, təkrar nekroektomiyaların aparılmasına, rasional antibakterial terapiyanın tətbiqinə, immunokorreksiyaya, metobolitik proseslərin yaxşılaşdırılmasına, yaraya müxtəlif növ sarğıların qoyulmasına və onun farmakoterapiyasına və ayağın yükdən azad edilməsinə və s. əsaslanır. Bu səbəbdən son zamanlar diabetik yaraların müalicəsi üçün böyümə faktorlarından istifadəyə, gen və hüceyrə terapiyasına əsaslanmış yeni yanaşmalar işlənilib hazırlanır.

Diabetik ayağın irinli-nekrotik ağırlaşmaları zamanı orqansaxlayıcı əməliyyatların icrası, müayinə və müalicənin mürəkkəb, cox zəhmət tələb etməsi göstərilən kontingent xəstələrin cərrahi-ortopedik müalicə və reabilitasiyası üçün də uzun zaman tələb edir

Diabetik ayaq sindromu klinik cərrahlığın ən aktual tibbi-sosial problemlərindən biri kimi qalmaqda davam edir və diaqnostik vasitələrin çoxluğu fonunda lazım olan müayinələrin seçiminin qeyri-rasionallığı, konkret klinik situasiyalarda, xüsusilə irinli-nekrotik ağırlaşmalar zamanı düzgün cərrahi taktikanın və rekonstruktiv-bərpaedici əməliyyatların seçiminin mürəkkəbliyi kimi qeyri-qənaətbəxş nəticələrə səbəb olan hallar bu sahədə ciddi tədqiqatların aparılmasını tələb edir.

diabet ayaq 5

Həkim-cərrah, t.ü.f.d dr. İlqar Ömərov

Klinikamızda ən son texnoloji tələblərə cavab verən, yeni avadanlıqlarla təhciz olunmuş, cərrahiyyə şöbəsi qurularaq, pasiyentlərimizə yüksək səviyyədə xidmət göstərməyə başlamışdır.

Tibbi görüntüləmə -insan orqanizminə invaziv müdaxilə olmadan daxili orqan və toxumalarını görmək imkanı verən və özündə bir sıra müayinə üsullarını birləşdirən tibbin bir bölümüdür.\

N.Tusi adına klinikada chek-up müayinələri mövcuddur:

Kompüter tomoqrafiya (KT) müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. KT-bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir.

Elektroensefaloqrafiya və ya EEQ baş beynin summar elektrik aktivliyini qeydə almaq və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə metodudur. EEQ epilepsiya diaqnozunun qoyulması və epilepsiya  sindromunun müəyyən edilməsi üçün istifadə olunur.EEQ müayinəsinin nəticəsi aşağıdakı

Fizioterapiya- təbii prosedurlarla müalicə növüdür. N.Tusi adına Klinikanın fizioterapiya şöbəsi dünyanın ən son model tibbi avadanlıqları ilə təchiz olunmuşdur.

Klinikanın urologiya şöbəsində bütün uroloji və endouroloji əməliyyatlar uğurla həyata keçirilir.

2008-ci ildən klinikamizda oftalmoloji kabinet fəaliyyət göstərir. Yeni müalicə və diaqnostika metodlarından istifadə etməklə yüksək ixtisaslı həkimlərimiz oftalmoloji xəstələrin xidmətindədirlər. Konsultasiya və diaqnostika üçün tam təmin olunmuş oftalmoloji kabinetimizdə aşağıdakı xidmətlər vardır:

Laborator müayinələrin nəticəsi əsasında gizli gedişə malik xəstəliklərin, aşkarlanması, hər hansı patoloji prosesin olub-olmaması, xəstəliklərin müxtəlif inkişaf və sağalma mərhələlərini kontrol etmək mümkündür.

Maqnit rezonans tomoqrafiya (MRT) sabit maqnit sahəsində toxumada yerləşəm hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır.

Kardioloji kabinet-ürək sağlamlığını qorumaq, hər növ ürək xəstəliklərini aşkar və müalicə etmək məqsədilə xidmət göstərir. Həkimlərimiz tərəfindən yüksək peşəkarlıqla

Endokrinologiya tibbin endokrin orqanların quruluşu , funksiyası , endokrin patologiyalarının müayinə və müalicəsi , profilaktikasını öyrənən sahəsidir.

Ginekologiya-kliniki təbabətin qadın orqanizminin müxtəlif yaş dövrlərində anatomo-fizioloji , fiziki və psixi xüsusiyyətlərini, qadın cinsiyyət sisteminin xəstəliklərini, onların diaqnostika, müalicə və profilaktika  üsullarını öyrənən sahəsidir.

Otorinolarinqologiya (LOR)-tibbin burun boşluğu, udlaq, qırtlaq, qulaq xəstəliklərinin müalicə və diaqnostikası ilə məşğul olan bir sahəsidir.

Tibbi görüntüləmə -insan orqanizminə invaziv müdaxilə olmadan daxili orqan və toxumalarını görmək imkanı verən və özündə bir sıra müayinə üsullarını birləşdirən tibbin bir bölümüdür.

Ultrasəs müayinəsi tibdə ən çox istifadə olunan görüntüləmə üsullarından biridir. Ekranda olan təsvir bədən strukturlarından əks olunan müxtəlif ultrasəs keçiriciliyinə malik dalğaların analizi nəticəsində formalaşır.

Endoskopiya-xüsusi optik alətlər –endoskoplar vasitəsilə vizual olaraq müayinə etməyə imkan verən metoddur. Klinikamızın endoskpiya kabineti-optik avadanlıqların istehsalında lider olan Olympus firmasının GİF, JF və Pentax EPN, EC, EG kimi müasir avadanlıqları ilə təchiz olunub.

REQ  kabineti baş beyin, mərkəzi və periferik damarlarda qan dövranının vəziyətini və dəyişikliyini müəyyən edən video EEQ və REQ cihazları ilə təmin olunub. Burada:

Tibbi məlumatlar

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu.,Zərdabi küç. 53

 +994 12 431 35 31

 +994 12 433 66 84 / 87 / 89 / 91

 +994 50 208 02 55

 info@tusiklinika.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

 Bayram günü : 

Facebook-da Biz

N.Tusi 2024 © Bütün hüquqlar qorunur. Dizayn: İNNOA MMC