Uşaqlarda qurd xəstəlikləri çox tez-tez qarşılaşdığımız bir haldır. Əksər hallarda uşaqlar 3-12 yaşlarında qurd xəstəliklərinə yoluxurlar. Uşaq orqanizimində eyni zamanda bir neçə növ qurd parazitlik edə bilər. Helmintlər uşağın imunitetinin azalmasına, allerqiyanın yaranmasına, mədə bağırsaq və sinir sisteminin pozulmalarına səbəb olur. Və nəticədədə uşağın fiziki və əqli inkişafı ləngiyir. Bunları nəzərə alaraq valideyinlər uşağın yaşadığı evin gigiyenasına ciddi nəzarət etməli, uşaqlara gigiyena qaydalarına riayət etməyi öyrətməlidirlər. Qurdlar uşaqlarda baş ağrısı, qarında ağrılar, ürəkbulanma, qusma, qanazlığı, köp, dəridə səpkilərə və ləkələrə səbəb ola bilir. Qurdların uşaq orqanizimi üçün olan təhlükəsini nəzərə alaraq hər yaz və payız mövsümlərində pediatrın məsləhətindən keçməklə, bütün ailə üzvlərinin helmintlərə qarşı profilaktik müalicəsini aparmaq məsləhət görülür!!! Pediatr Cəmilə Hacıyeva