ULTRASƏS MÜAYİNƏSİ

ÜMUMİ MƏLUMAT

Ultrasəs və rəngli Doppler müayinəsi

N.Tusi adına klinikanın otaqları:son nəsil 3D, 4D müasir aparatlar ilə təchiz olunmuşdur: Philips İU22  XMatrix, GE Logic S7 Expert, GE Logic P5,  Philips HD11Xe.

Ultrasəs müayinədə qarın boşluğunda yerləşən parenximatoz orqanların, qadınlarda kiçik çanaq orqanlarının, eləcə də hamiləliyin, Urologiya və Andrologiyada (böyrək, sidik kisəsi, sidik yollarının, həmçinin kişi cinsiyyət orqanlarının skrotal və penil doppler kimi müayinələr), pediatriyada (neyrosonoqrafiya, bud-çanaq və s.); damarların (ekstrakranial, periferik və s.) patologiyaları araşdırılır. Cihazın köməyi ilə həmçinin bütün damarların Rəngli Doppler müayinəsi aparılır. Bu üsulla orqanların qan-damar sistemindəki  dəyişikliklər, bədxassəli toxumaların qanlatəchizatı, vena və arteriyaların patologiyaları araşdırılır.

Rəngli Doppler müayinəsi

  • Beyinə qan daşıyan böyük damarların daralmalarında və trombların aşkarlanmasında;
  • Hamiləlik təqibində uşağın və ananın risk altında olub olmadığının dəyərləndirilməsində;
  • Yüksək təzyiqin böyrək mənşəli olub olmadığının araşdırılmasında;
  • Qara ciyər sirrozunda detalların təsbitində;
  • Qol və ayaqdakı damar xəstəliklərinin

və başqa xəstəliklərin aşkarlanmasında aparılır.

Klinikada aparılan müayinələr:

Damarların ultrasəs müayinəsi

Baş-boyun arteriyalarının rəngli doppleroqrafiyası

Aşağı və yuxarı ətraf damarlarının doppleroqrafiyası

 Qalxanvari vəzin, paratireoid vəzilərin və regional limfa düyünlərinin USM-si

Süd vəziləri və regional limfa düyünlərinin USM-si

Qarın boşluğu orqanlarının : qaraciyər, öd kisəsi, öd yolları, mədəaltı vəzi, dalaq USM-si

Böyrək, böyrəküstü vəzi, peritonarxası boşluq, aortanın abdominal hissəsinin USM-si

Prostat vəzin USM-i (transabdonimal, transrektal)

Sidik kisənin USM-i, qalıq sidiyin təyini

Skrotal USM

Skrotum damarların  doppleroqrafiyası

Qadınların ginekoloji USM (transabdominal, transvaginal)

Hamiləliyin USM  I, II, III trimestrdə uşaqlıq-plasentar qan dövranının dopplerometriyası daxil olmaqla

Yumşaq toxumaların USM-i

Tüpürcək vəzilərin USM-i

Periferik limfa düyünlərinin USM-i

Pediatriyada    -bud-çanaq oynağının USM-I ; neyrosonoqrafiya

Göz almasının USM-i

US müşahidəsi ilə qalxanabənzər vəzin, tüpürcək vəzilərin, dərialtı törəmələrin və s. diaqnostik incə iynə punksiya biopsiyası mümkündür.

 

Həmçinin, bu avadanlıqlarda  ultrasəs dalğaların köməyi ilə elastometriya müayinəsini də aparmaq mümkündür. Elastometriya daxili orqanların toxuma sıxlığını göstərir və toxumanın fibrozlaşma dərəcəsini təyin edir.  Bu da bir sıra (qaraciyər, süd vəzi, qalxanabənzər və s.) xəstəliklərin diaqnostikasında vacibdir.

dsc_4843

dsc_4842

dsc_4834

dsc_4835

dsc_4836

h20110917135311066

g20110917113101416

g20110917113504162

h20110917135401878