PROKTOLOGİYA

ÜMUMİ MƏLUMAT

               Koloproktologiyanın fəaliyyət xidmətinin əsasını ən geniş yayılmış xəstəliklərin konservativ, az invaziv və cərrahi müalicə metodlarının geniş spektri təşkil edir. Klinikada anorektal nahiyədə sadə əməliyyatlarla yanaşı, mürəkkəb rekonstruktiv - bərpaedici, plastik əməliyyatlar da aparılır (müxtəlif dərəcəli anorektal və rektovaginal svişlər, aralığın sallanma sindromu ilə əlaqədar hal, anal sfinkterin qeyri - iradi boşalması, çatlar, babasil və s.). Babasil kimi geniş yayılmış xəstəliyin müalicəsində dünyada ən yeni olan texnologiyadan istifadə olunur. Gecikmiş formalarda, əsasən də anal kanalın selikli qişasının düşməsi zamanı əməliyyat Lonqo üsulu ilə aparılır. Ənənəvi üsuldan fərqli olaraq, bu üsuldan istifadə zamanı əməliyyatın müddəti və əməliyyatdan sonrakı reabilitasiya dövrü qısalır. Belə ki, əməliyyatın səhəri günü xəstə otura, 5 gündən sonra isə iş fəaliyyətinə başlaya bilər.

Bizim klinikamızın mütəxəssislərinə müraciət etməklə Siz dəqiq diaqnoz və rasional müalicə proqramı əldə etdiyinizə güvənə bilərsiniz.