KOMPÜTER TOMOQRAFİYASI

ÜMUMİ MƏLUMAT

Kompüter tomoqrafiya (KT) müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. KT-bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir.Klinikamızdakı HİTACHİ firmasının istehsalı olan multislays  “PRESTO” skaner kompüter tomoqrafiya aparatı 3 ölçülü rekonstruksiyalı təsvirləri bir çox xəstəliklərin diaqnostikasında yeni imkanlar açır.

Multislays spiral kompüter tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar , ətraflar və s. Orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Müayinənin davametmə müddəti bir dəqiqəni aşmır. Müayinənin yüksək sürəti rentgen şüalanmasını 5 dəfəyə qədər azaldır.Müayinənin davametmə müddətinin çox az olması pasiyentlərin hərəkəti zamanı meydana çıxan artefaktların qarşısını alır. Narkoz və sedasiyalara ehtiyac olmur.Müayinələrin nəticələrini tentgen plyonkası, rəngli fotoşəkillər və ya CD diskdə elektron formasında almaq olar.

·         Kranial (beyin-aksial və ya koronal) KT

·         Hipofiz KT

·         Orbital (aksial və koronal) KT

·         Paranazal sinuslar KT

·         Boyun sahəsi KT

·         Torakal (döş qəfəsi) KT

·         Yuxarı abdomen (yuxarı qarın boşluğu) KT

·         Pelvik (çanaq sahəsi) KT

·         Onurğa sütunu KT (boyun, döş, bel şöbələri)

·         Ətraf sümüklər və ətraf toxumalar KT

·         Temporo-mandibulyar (gicgah-çənə oynağı)  KT 

·         Temporal (gicgah sümüyü) KT 

·         Kəllə əsası KT

·         Böyrəküstü vəzilər KT   

·         Sidik sisteminin KT       

·         Oma-qalça oynaqları KT

·         Bud-çanaq oynaqları KT

·         Serebral KT angioqrafiya

       

 

 

dsc_4560

dsc_4562

dsc_4575

dsc_4587

0l1a1695

img_8379

img_8377