Author Archives: admin

  • 0

Metabolizm mərkəzi

  1. Metabolizm mərkəzi

Saglam həyata aparan yol

Siz ariqlamaq məqsədilə pəhriz saxlamısıniz, lakin cəkiniz azalmır?

Həyatınızın keyfiyyətini artırmaq istəyirsiz?

Maddələr  mübadiləsini yoxlayın.

Əgər sizin bel dairəsi qadınlarda 80sm, kişilərdə 94 sm yuxarıdırsa

siz metabolik sindroma namizədsiniz.

Metabolik sindrom –infarkt, insult və şəkərli diabetə səbəb olan maddələr

mübadiləsinin pozgunluğudur.

Xolestirinin, insulinin, Homa indeksinin yüksək rəqəmləri, artıq çəki metabolik sinroma yol açır.

  1. Metabolik sindrom

Piylənmə, Arterial təzyiqin yüksəlməsi, şəkərli diabet 2 tip, infarkt və ya insultun yüksək  riski

  • maddələr mübadiləsinin korreksiyası (dərmanla)
  • individual
  • Fitnes –məşqçi ilə ( invidual fiziki aktivlik proqramı)

3.Qalxanabənzər vəzin  hormonları maddələr mübadiləsinin nizamlayıcısıdır.

Qalxanabənzər vəzin funksiyasının pozğunluğu –maddələr mübadiləsini ləngidir.

  • Piylənmə
  • Sac tökülməsi, dırnaqların laylanması
  • əzginlik, halsızlıq

Siz Tusi  klinikasına müraciət etməklə maddələr mübadiləsində olan probleminizi aşkarlayırsız. Sağlam həyatın dadını bizim ilə hiss edin.


  • 0

Metobolik sindrom. Piyləmə

Metobolik sindrom- maddələr mübadiləsinin kompleks şəklində pozulmasıdır ki, bu da nəticədə ürək – damar xəstəliklərinin və şəkərli duabet ( tib II) xəstəlyinin riskinin artmasına gətirib çıxardır.

Bir çox insanda aşağıdakı risk faktorlarından 3 və daha çoxu rast gələrsə bu artıq metobolik sindromunun olduğu anlamına gəlir.

  • Abdominal piyləmə-qarının dairəvi ölçüsüsünün kişilərdə >102 sm, qadınlarda isə > 88 sm-dən böyük olması.
  • Yüksək sıxlıqlı lipoprotimlər (HDL)- kişi < 40 mg/dl və qadın < 50 mg/dl – dən yüksək olması
  • Arterial təzyiqin 130/85 mmc— st –dan yüksək olması
  • Qadında şəkərin səviyyəsi > 100 mg/dl və ya 5.6 mmo/l  dən yuxarı olması.

Bədən çəkisinin artması metrobolik sindromun inkişafına təsir edən risk faktorudur. Yaşadığımız dövürdə olan saylarının artmasına görə piylənmə ikinci yerdə durur. Diqqət çəkən tərəfdə ondadır ki, bu problem son illərdə uşaq və yeniyetmələr arasında artmışdır.

Piylənmə orqanizimdə artıq yağ toplanmasıdır.

Bunu yaradan səbəblər aşağıdakılardır.

  • Normadan artıq çəki
  • Az hərəkətli həyat tərzi
  • Endokrinp pozuntular
  • Genetik konstitusiya

Piyləmə təkcə estetik qüsur olmayıb çox ciddi bir xəstəlik olub kifayət qədərdə ağırlaşmalrı vardır. Bu xəstəliyin diaqnozunun qoyulması və bunun dərəcsinin təyini üçün bədən çəkisi indeksi hesablanır. Hal-hazırda dünyada BGİ aşağıdakı qayda ilə hesablanır.

BGİ= çəki (kq ) / boy ( m)

 

 

Normal 19,5- 24.9
Çəkinin normaldan aşağı olması 19.5-dən aşağı
Artıq çəki 25-27.9
Piyləmə 28- dən yuxarı

 

Qeyd etmək lazımdır ki, metrobolik sindrom həmçinin digər piyləmə ilə bağlı olan pozğunluqlarla əlaqəlidir

  • Qaraciyərin steatozlu piylənməsi, fibroz və sirroz
  • Xroniki böyrək xəstəliy və mikroalbumiuriya———
  • Yumurtalıqların polikiztoz sindromu
  • Hiperurikemiya və podaqra

Piyləmə Xroniki və təkrarlayıcı xəstəlikdir və mütləq müalicə olunmalıdır. Burada məqsəd müalicə piylənməyə bağlı xəstəlik və ölüm risklərini azaltmaqdır. Bunun üçün xəstənin sürdüyü həyat tərzini dəyişmək yeterli və balanslaşdırılmış  düzgün qida alışqanlığı yaratmaz, fiziki aktivliyi artırmaq, zərərli vərdişlərdən uzaqlaşdırmaq lazımdır.

Müalicənin düzgün aparılması pəhriz vacib amillərdən biridir. Bunun üçün:

  • Yağlı və qızarmış qidalardan imtina ermək əvəzinə suda bişirilmiş qida qəbul etmək
  • Duru, konserverlər, ———– məhdudlaşdırmaq
  • Heyvan yağları bitki yağları ilə əvəz emək
  • Tərəvəz məhsullarından istifadə etmək
  • Un məmulatları və şiriniyyatın qəbulunu dayandırmaq
  • Qazlı, sipritli içkilərdən uzaq olmaq
  • Qidanın az-az, tez-tez qəbul etmək tövsiyə olunur

Baxmayaraq ki, metrobolik sindrom ciddi haldır, siz yuxarıda qeyd edilmiş riskləri çəkinizi azaltmaqla, fiziki aktivliyi artırmaqla, sağlam qidalardan istifadə etməklə və qanınızda şəkərin, xolesterinin miqdarını və təzyiqinizi daim həkim nəzarətində saxlamaqla azalda bilərsiniz.


  • 0

Dr. İradə İsmayilova Cərrah mama-ginekoloq Endovideocərrah

irade-ismayilova

Dr. İradə İsmayilova Cərrah mama-ginekoloq EndovideocƏrrah

İş Stajı – 16 il

Təhsil:
1993-1998 AzƏrbaycan DÖvlƏt Tibb Universiteti MÜalicƏ- profilaktika fakUltƏsi
1999 İnternatural ı saylı BakI DÖvlƏt DƏmir yol xƏstƏxanası

Elmi fəaliyyət
18.03.2010 Военно медицинская академия им. С.М.Кирова Присуждена ученная степень кандидата медицинских наук.

İştirak etdiyi kurslar, konfranslar:
2003 İxtisas: mama -ginekoloq
2004 Sikl – “оперативная гинекология” ГОУ ДПО СПб МАПО Санкт – Петербург
2004 Аспирантура ГОУ ДПО СПб МАПО Санкт -Петербург
2006 Sikl: Krioterapiya ginekologiyada ГОУ ДПО СПб МАПО Санкт -Петербург
2006 Sikl: Kolposkopiya – ginekologiyada ГОУ ДПО СПб МАПО Санкт – Петербург.
2006 Sikl: Endoskopiya ginekologiyada. ГОУ ДПО СПб МАПО Санкт – Петербург
2007 Sikl: Endovideoxirurgiya ginekologiyada ГОУ ДПО СПб МАПО Санкт – Петербург
2007 Sikl: laparoskopik-carrahiyye ginekologiyada Ваенно-медицинская академия им. С.С.Кирова. ( Herbi tibb akademiyasl)Sankt – Peterburq 2008 Курс практического обучения по эндоскопической хирургии в гинекологии, Transvaginal eksterpasiya, лечение при опущении и выпадении внутренних половых органов и недержание мочи. TVT – obtutator, Prolift –total г. Москва МОНИИАГ отделения -Эндовидеохирургии.
2008 Курс практического обучения . TVT – Obtutator Prolift – total. г. Москва МОНИИАГ отделение Эндовидеохирургии
2008 членом эндовидеохирургов РФ.
2005-2006 Клиника им Пирагова Сaнкт- Петербург
2006-2010 Александровская больница Санкт -Петербург

Çalışdığı tibb müəssisələri:
2000-2003 I saylI BakI DovlƏt DƏmir yol xƏstƏxanaSINDA-cƏrrah
03.04.2010 N.Tusi adIna klinikaDA CƏrrah mama – ginekoloq
2011-2015 GÖyÇay mƏrkƏzi xƏstƏxanaSINDA CƏrrah mama – ginekoloq
2016 N.Tusi adIna klinikaDA CƏrrah mama–ginekoloq EndovideocƏrrah


  • 0

HEPATİT C SAĞALA BİLƏR! BU SADƏ TƏBİİ VASİTƏLƏRLƏ 3 AYDA HEPATİT C-YƏ SON!

Qaraciyər orqanizmin “qan fabriki” olduğu üçün onu daim soyuqdan, piylənmədən, zülallı qidalardan qorumaq lazımdır. Qaraciyər insan orqanları içərisində ən güclü regenerasiya – özünü bərpa – qabiliyyətinə malik olan orqandır. Hər bir zədə zamanı qaraciyər toxuması onu tezliklə aradan qaldıra və məhv olmuş hepatositləri tezliklə yeniləri ilə əvəzləyə bilir. Bərpa dövründə qaraciyərin sağlam hüceyrələri sıradan çıxmış hüceyrələrin də yükünü öz üzərinə götürür. Hepatit B ilə yoluxan yaşlı insanların çoxunda infeksiya kəskin başlayır və əsasən tam sağalma ilə yekunlaşır. Amma yeni doğulmuş və uşaqlarda vəziyyət fərqlidir. Belə ki, doğuş zamanı və ya 1-5 yaş arasında HBV ilə yoluxmuş uşaqlarda xəstəlik xroniki xarakter alır. Xroniki infeksiya illər ərzində aşkarlanmadan keçə bilir. Belə hallarda yalnız ciddi qaraciyər xəstəliyi yaranan zaman aparılan müayinələr HBV müəyyən edir. Hepatit B elmə məlum olan 6 virus hepatitindən biridir.

Digər Hepatit növləri bunlardır: hepatit A, C, D, E və G. Bunlar bir-birindən törətdiyi xəstəliyin kəskinliyi və yayılma yolları ilə fərqlənirlər. Əlamətlər Hepatit B ilə yoluxmuş uşaqların əksəriyyətində heç bir əlamət və şikayətlər qeyd edilmir. Bəzi yaşlılarda da belə olur. Əlamətlər adətən yoluxmadan 12 həftə sonra əmələ gəlir və fərqli intensivikdə özünü biruzə verir. Bu əlamətlədən aşağıdakıları sadalamaq olar:

– İştahın itməsi;

– Ürəkbulanma və qusma;

– Ümumi zəiflik və yorğunluq;

– Qarında, xüsusilə də sağ qabırğaaltı nayihədə ağrılar;

– Sidiyin qara rəngdə olması;

– Dəri və gözün selikli qişasında saralma;

– Oynaqlarda ağrı;

Heç bir əlamət olmasa, belə Hepatit B ilə yoluxmusunuzsa, o sizin qaraciyərinizi zədələyə bilər və özünüz də bilmədən sizdən digər insanlara keçə bilər. Odur ki, əgər azacıq da yoluxma təhlükəsini mümkün hesab edirsinizsə, mütləq müayinə olunun. Bununla həm özünüzü, həm də yaxınlarınızı qorumuş olarsınız. Sizə hepatit B virusunun qaraciyərdən sağalması üçün təbii müalicə metodları təklif edirik.

1. Lavanda çiçəyi dəmlənilir yatmamışdan 30 dəqiqə öncə içilir. 1 ay davamlı edilməlidir.

2. Qarğıdalı saçağı

Boymadərən

Kasnı

Solmaz çiçəyi

Çobanyastığı

Dazotu

Hərəsindən 40 qr. götürülür 2 litr soyuq suda 12 saat saxlanılır, 5 dəqiqə odun üzərində qaynadılır, soyudulur, süzülür, soyuducuda saxlanmaq şərtilə gündə 4 dəfə 100ml (yarım st.) içilir. 1-si səhər acqarnına, digərləri yeməkdən 30 dəqiqə sonra içilir. Lakin bu dəmləmələri böyrək-öd daşı olanlar içə bilməz, mədəsində turşuluğu olanlar boymadərəni reseptdən çıxarsınlar. Bu müalicə zamanı pəhriz saxlanılsa, daha yaxşı olar (yağlı, qızartma olmaz). Pəhriz saxlanılmasa da, bu müalicənin arıqladıcı təsiri var. Bunlarla bərabər immunitetqaldırıcı vasitələr də içilməlidir: uzunsov balqabağın başı kəsilir, tumları təmizlənir, içinə 1st. xalis bal tökülür. 3-5 gün saxlanılır. Bal balqabağın suyu ilə qarışır, şüşə qaba süzülür, soyuducuda saxlanılır, gündə 3 dəfə 2x.q içilir. uşaqlara 3 dəfə 1 ç.q verilir.

Bunu bir neçə dəfə təkrar etmək lazımdır. sitrus meyvələr (portağal, limon, feyxua və s. ) sarımsaq, soğan, bal, tut doşabı gündəlik istifadə edilir.

DƏMLƏMƏLƏR: itburnu qızıl gül ləçəkləri (təzyiq salmaması üçün şirin içilir) levzey cövhəri, andız kökü. Hər biri 20 gün içilir. Yaxşı olar ki, gündəlik qara çayın əvəzinə dəmlənilib içilsin. Hər dəfə 1 stəkan çay süzüb içdikdə qara çayı nə qədər tökürsünüzsə, dəmləmələri də o qədər töküb üzərinə ağ tökəcəksiniz.

3. Solmaz çiçəyi, çobanyastığı, tozağacı tumu, dazotu yuyulur, qurudulur, üyüdülür 4-ü də eyni miqdarda qarışdırılır. Bu qarışıqdan 1 x.q götürülür 1litr qaynar suda dəmlənilir, soyudulur, səhər-axşam yem. 30dəq. qab.1st 1ç.q balla qarışdırılır içilir.

Bu qarışıq ildə yalnız 1 dəfə edilir. Bu dəmləməni qaraciyər problemindən əlavə öd, böyrək, mədə, bağırsaq xəstələri də içə bilər, qana gözəl təsir edir.

4. Qreçka təmizlənilir, yuyulur, qurudulur, üyüdülür 1:1 nisbətində balla qarışdırılır gündə 3 x.q. qəbul edilir.

5. Ağ, qırmızı çuğundur sarı, qara kök ağ, qara turp. Hərəsindən 1 kq götür, şirəsini çək 0.5 kq bala qarışdır. Gündə 3 d. yem. 30 dəq. əvvəlcə stakanın 1/4 hissəsi qədər, sonrakı günlər 100 ml-yə qədər artıraraq içilir. Soyuducuda saxlamaq lazımdır.

6. Limon, bal, zeytun yağı 1;1;1 nisbətinə qarışdırılır gündə 3d. 1x.q içilir.

7. 100 ədəd dəfnə yarpağı 2 litr suda yarısı qalana kimi qaynadılır, soyudulur üzərinə 100qr bal əlavə edilir, gündə 1x.q içilir.

8. Alaqanqal yarpağının – 1 st. şirəsi balqabaq şirəsi – 1 st şirin bibər şirəsi – 1st. ispanaq şirəsi – 1st bal – 0.5st qarışdırılır gündə 1x.q. içilir

9. Solmazçiçəyi – 100qr tozağacı tumurcuğu – 100qr kəcəvər kökü – 100qr kalendula – 100qr bağayarpağı – 100qr Qarışdırılır 2x.q 0.5st suda dəmlənilir . Gündə 3d. 150qr. içilir. 3 aydan bir təkrarlamaq olar. 6 ay davamlı müalicə götürülür sonra qan analizi keçin .


  • 0

Nevroz

Category : Nevroz

Müasir insanların bir çox hissəsi daim stress vəziyyətlərinə düşür. Belə xroniki stress sinir sisteminin tükənməsinə səbəb olur ki, bunun nəticəsində insanda nevroz inkişaf edir. Bəzən insanlar bunu anlamır və nevrozun simptomlarını digər xəstəliklər, yorğunluq və s. ilə əlaqələndirirlər. Bu isə nevrozun daha da dərinləşməsinə və artıq fəsadların inkişafına səbəb olur. Nevrozun ilk simptomlarında həkimə müraciət edib pozulmanı müalicə etmək lazımdır. Əks halda nevrozun fonunda insanda ciddi xəstəliklər inkişaf edə bilər, nevroz insanın həyatına, yaxınları ilə münasibətlərinə, karyerasına ciddi ziyan vura bilər. Özünüzdə nevrozun olub-olmadığını bu testin köməyi ilə yoxlayın. Əgər siz sadaladığımız simptomların bir çox hissəsini özünüzdə müşahidə edirsinizsə, bu o deməkdir ki, siz artıq nevrozdan əziyyət çəkirsiniz. 1. Siz çox tez və cüzi səbəblərə görə əsəbləşirsiniz, özünüzdən çıxırsınız.
2. Siz hər şeyə görə həyacanlanırsınız, narahat olursunuz, daim nədənsə qorxursunuz, “pis xəbər” gözləyirsiniz.
3. Əhvalınız çox tez-tez və kəskin dəyişilir.
4. İstənilən adi işə başladıqda çox tez yorulursunuz, tez-tez “gücüm yoxdur” ifadəsindən istifadə edirsiniz.
5. Yuxuya çətinliklə gedirsiniz, yuxudan “doymursuz”, səhərlər özünüzü dincəlmiş hiss etmirsiniz, gün ərzində yuxulu olursunuz. 6. Bədənin müxtəlif nahiyələrində səbəbsiz ağrılar olur – ürək, qarın nahiyəsində.
7. Baş ağrıları Sizi tez-tez narahat edir.
8. Sizi artmış tərləmə, ürək döyünməsinin tezləşməsi narahat edir. 9. Yaddaşın, diqqətin, təfəkkürün pozulmasını hiss edirsiniz.
10. Güclü səslər, parlaq işıq sizi qıcıqlandırır. Mənbə:saglamolun.az


  • 0

Qripdən qorunmaq

Category : Qripdən qorunmaq

Mütəxəssislər qripdən qorunmaq üçün bu kimi sübut olunmuş vasitələri təqdim edir:
1. Qripə qarşı peyvənd (əks-göstərişlər olmadığı halda).
2. Sağlam və tam dəyərli qidalanma (meyvə-tərəvəzlər, süd məhsulları, yarmalar, ət, yumurta). Şirniyyatların qəbulunu məhdudlaşdırın. Sübut olunub ki, şirniyyatların çoxlu miqdarda qəbulu immun sistemini zəiflədir və orqanizmin virus və mikroblara qarşı davamlılığını azaldır.
3. Normal yuxu. Gecə yuxusu 7-8 saatdan az olmamalıdır. Yuxunun az olması orqanizmdə bərpa proseslərini pozur və bizi viruslara qarşı daha zəif edir.
4. Fiziki aktivlik. Araşdırmalar göstərir ki, hətta minimal fiziki aktivlik orqanizmin viruslara qarşı davamlılığını artırır.
5. Evlərin və iş yerlərinin havasının daim nəmləndirilməsi. Qripp virusu quru havada daha uzun müddət ərzində yaşayır və daha sürətlə yayılır.
6. Əllərin tez-tez yuyulması, səthlərin (masalar, qapıların dəstələri, kompüter klaviaturaları və s.) dezinfeksiya vasitələrlə (xüsusi salfetlər və s.) tez-tez silinməsi.


  • 0

Hemosorbsiya nədir?

Qanın xüsusi üsulla hazırlanmış kömürdən keçirilməsi hemosorbsiya adlanır. Bu zaman qandakı müxtəlif toksik maddələri xaric etmək üçün qanı aktivləşdirilmiş kömür olan xüsusi kalonkalardan keçirərək təmizləyirlər. Hemosorbsiya zamanı əsasən qandan “orta molekullu” maddələr təmizlənir. Ona görə də xroniki böyrək çatışmazlığının müalicəsində hemodializ olunan zaman xəstələr hemosorbsiya da olunurlar. Bundan başqa hemosorbsiya aşağıdakı xəstəliklər zamanı tətbiq edilir:
– kəskin böyrəkçatışmazlığı
– qaraciyər çatışmazlığı
– endogen və ekzogen intoksikasiyalar
– qanın müxtəlif zəhərlənmələri zamanı
– narkotik maddələrin və yuxu dərmanlarının qandan təmizlənməsi zamanı
– qızılca, məxmərək, psorias zamanı.
Hemosorbsiya xüsusi sistem vasitəsilə həyata keçirilir. Xüsusi kalonkaya bərkidilmiş nazik borunun digər ucu xəstənin damarına yerləşdirilir. Qan damardan sistemin borusuna daxil olur, nasosla kalonkaya ötürülür, orada toksinlərdən təmizlənir. Hemosorbsiyanın yeganə qorxulu cəhəti prosedura zamanı hava emboliyasının baş verməsidir.


  • 0

Ürək xəstəliklərinin əlamətləri

Ürək xəstəliklərinin əlamətləri
Kardialgik sindrom ürək damar sistemi xəstəlikləri zamanı xəstələrin əksəriyyətində rast gəlinən simptomlar toplusudur.
Ürək xəstələrində ağrıların təzahür forması müxtəlif olur:
– zəif xoşagəlməz,
– əzabverici,
– dözülməz,
– deşici, kəsici,
– sıxıcı, yandırıcı,
– bərk yad cismin əzməsi.
Çox zaman bu əlamətlərin bir-neçəsi eyni xəstədə baş verə bilir.
Ağrıların lokalizasiyası da olduqca fərqli olur. Ağrılar adətən, ürəyin zirvə nahiyəsində olsalar da körpücükaltı, parastenal, hətta döş sümüyünün arxasında da hiss edilə bilər. Xəstələrin bir çoxu ağrını ürəyin arxa proyeksiyasında, sol kürəkaltı və ya kürəkarası nahiyədə hiss edirlər. Ancaq sinədə, ürək nahiyəsində ağrıların rastgəlmə tezliyi 90% olur.
Ağrıların müddəti olduqca fərqli olur. Bəzən bir-neçə saniyə dəlib keçən ağrı, bəzən isə saatlarla göynədici, dartıcı, təzyiqlə sıxıcı ağrılar baş verir. Ağrılar bəzən tutmaşəkilli də ola bilir. Ağrıların fiziki gərginliklə əlaqədar olması xüsusilə diqqət çəkici olur.
Xəstələrdə ürəkdöyünmə və aritmiyalar da müşayiət edilir. Ürəkdöyünmə həyəcanlanma, bəzən hətta sakitlik dövründə də baş verir. Əsasən fiziki iş, gərginlik, kofe, spirtli içki qəbulu zamanı ürəkdöyünmələrin sayı artır.
Ürək xəstəliklərinin əlamətlərindən biri də tənəffüs pozğunluğudur. Belə xəstələr fiziki gərginlik zamanı, hündürlüyə qalxan zaman onlarda təngnəfəslik meydana çıxır.