Monthly Archives: Oktyabr 2016

  • 0

Nevroz

Category : Nevroz

Müasir insanların bir çox hissəsi daim stress vəziyyətlərinə düşür. Belə xroniki stress sinir sisteminin tükənməsinə səbəb olur ki, bunun nəticəsində insanda nevroz inkişaf edir. Bəzən insanlar bunu anlamır və nevrozun simptomlarını digər xəstəliklər, yorğunluq və s. ilə əlaqələndirirlər. Bu isə nevrozun daha da dərinləşməsinə və artıq fəsadların inkişafına səbəb olur. Nevrozun ilk simptomlarında həkimə müraciət edib pozulmanı müalicə etmək lazımdır. Əks halda nevrozun fonunda insanda ciddi xəstəliklər inkişaf edə bilər, nevroz insanın həyatına, yaxınları ilə münasibətlərinə, karyerasına ciddi ziyan vura bilər. Özünüzdə nevrozun olub-olmadığını bu testin köməyi ilə yoxlayın. Əgər siz sadaladığımız simptomların bir çox hissəsini özünüzdə müşahidə edirsinizsə, bu o deməkdir ki, siz artıq nevrozdan əziyyət çəkirsiniz. 1. Siz çox tez və cüzi səbəblərə görə əsəbləşirsiniz, özünüzdən çıxırsınız.
2. Siz hər şeyə görə həyacanlanırsınız, narahat olursunuz, daim nədənsə qorxursunuz, “pis xəbər” gözləyirsiniz.
3. Əhvalınız çox tez-tez və kəskin dəyişilir.
4. İstənilən adi işə başladıqda çox tez yorulursunuz, tez-tez “gücüm yoxdur” ifadəsindən istifadə edirsiniz.
5. Yuxuya çətinliklə gedirsiniz, yuxudan “doymursuz”, səhərlər özünüzü dincəlmiş hiss etmirsiniz, gün ərzində yuxulu olursunuz. 6. Bədənin müxtəlif nahiyələrində səbəbsiz ağrılar olur – ürək, qarın nahiyəsində.
7. Baş ağrıları Sizi tez-tez narahat edir.
8. Sizi artmış tərləmə, ürək döyünməsinin tezləşməsi narahat edir. 9. Yaddaşın, diqqətin, təfəkkürün pozulmasını hiss edirsiniz.
10. Güclü səslər, parlaq işıq sizi qıcıqlandırır. Mənbə:saglamolun.az


  • 0

Qripdən qorunmaq

Category : Qripdən qorunmaq

Mütəxəssislər qripdən qorunmaq üçün bu kimi sübut olunmuş vasitələri təqdim edir:
1. Qripə qarşı peyvənd (əks-göstərişlər olmadığı halda).
2. Sağlam və tam dəyərli qidalanma (meyvə-tərəvəzlər, süd məhsulları, yarmalar, ət, yumurta). Şirniyyatların qəbulunu məhdudlaşdırın. Sübut olunub ki, şirniyyatların çoxlu miqdarda qəbulu immun sistemini zəiflədir və orqanizmin virus və mikroblara qarşı davamlılığını azaldır.
3. Normal yuxu. Gecə yuxusu 7-8 saatdan az olmamalıdır. Yuxunun az olması orqanizmdə bərpa proseslərini pozur və bizi viruslara qarşı daha zəif edir.
4. Fiziki aktivlik. Araşdırmalar göstərir ki, hətta minimal fiziki aktivlik orqanizmin viruslara qarşı davamlılığını artırır.
5. Evlərin və iş yerlərinin havasının daim nəmləndirilməsi. Qripp virusu quru havada daha uzun müddət ərzində yaşayır və daha sürətlə yayılır.
6. Əllərin tez-tez yuyulması, səthlərin (masalar, qapıların dəstələri, kompüter klaviaturaları və s.) dezinfeksiya vasitələrlə (xüsusi salfetlər və s.) tez-tez silinməsi.


  • 0

Hemosorbsiya nədir?

Qanın xüsusi üsulla hazırlanmış kömürdən keçirilməsi hemosorbsiya adlanır. Bu zaman qandakı müxtəlif toksik maddələri xaric etmək üçün qanı aktivləşdirilmiş kömür olan xüsusi kalonkalardan keçirərək təmizləyirlər. Hemosorbsiya zamanı əsasən qandan “orta molekullu” maddələr təmizlənir. Ona görə də xroniki böyrək çatışmazlığının müalicəsində hemodializ olunan zaman xəstələr hemosorbsiya da olunurlar. Bundan başqa hemosorbsiya aşağıdakı xəstəliklər zamanı tətbiq edilir:
– kəskin böyrəkçatışmazlığı
– qaraciyər çatışmazlığı
– endogen və ekzogen intoksikasiyalar
– qanın müxtəlif zəhərlənmələri zamanı
– narkotik maddələrin və yuxu dərmanlarının qandan təmizlənməsi zamanı
– qızılca, məxmərək, psorias zamanı.
Hemosorbsiya xüsusi sistem vasitəsilə həyata keçirilir. Xüsusi kalonkaya bərkidilmiş nazik borunun digər ucu xəstənin damarına yerləşdirilir. Qan damardan sistemin borusuna daxil olur, nasosla kalonkaya ötürülür, orada toksinlərdən təmizlənir. Hemosorbsiyanın yeganə qorxulu cəhəti prosedura zamanı hava emboliyasının baş verməsidir.