+994 12 431 35 31; +994 12 433 66 84 / 87 / 89 / 91 +994 50 208 02 55

Adenoidin müalicə taktikası

Adenoid vegetasiyası uşaqlarda yuxarı tənəffüs yollarının ən çox yayılmış patologiyalarından biri, yuxarı tənəffüs yollarının yoxlanmasına səbəb olan burun-udlaq badamcıqlarının hipertrofiyasıdır (böyüməsidir). Adenoid tez-tez orta qulaq və qırtlaq xəstəliklərinin, bronx-ağciyər sistemi xəstəliklərinin, ürək-damar və sinir sisteminin disfunksiyalarına səbəb olur.

Burun-udlaq badamcıqlarının hipertrofiyasından əziyyət çəkən uşaqlar bir qayda olaraq daha tez-tez xəstələnənlər qrupuna aid edilirlər.

Adenoid hipertrofiyasının üç dərəcəsi qeyd edilir, bunun da əməliyyatla müalicə olunması adenoidin ölçüsündən deyil, burun-udlağın tutulma dərəcəsindən və ağırlaşmaların əmələ gəlməsindən asılıdır.

Adenoidit - demək olar ki, orqanizmin bütün orqan və sistemlərinin cəlb olunması ilə keçən infeksion-allergik iltihabi prosesidir və istənilən dərəcədə adenoid böyüməsi ilə müşahidə edilə bilir.

Valideynlərin şikayətləri - uşaqlarda burun tənəffüsünün çətinləşməsi, burundan selikli və ya selikli-irinli ifrazatın axması, eşitmə zəifliyi ("təkrar soruşma"), iştahasızlıq, yorğunluq, zəiflik, diqqətin pozulması, subfebril hərarət və enurezdən (sidik qaçırma) ibarət olur.

Xəstəlik zamanı ağızın daim açıq qalması, üzün əzələ sisteminin gərgin olması böyüməkdə olan uşağın kəllə konfiqurasiyasında dəyişikliklər əmələ gətirir - "adenoid sifət" adlanan spesifik üz ifadəsi yaranır.

Artıq formalaşmış "adenoid sifəti " bir adenotomiya əməliyyatı ilə düzəltmək mümkün deyil. Bu prosesə həkim-ortodont cəlb olunur.

Hansı hallar əməliyyata göstərişdir?

Əməliyyata mütləq göstərişlərdən biri obstruktiv yuxu apnoe sindromudur. Bu, gecələr yuxuda olan uşağın bir müddət nəfəs almasının dayanmasıdır. Bu vəziyyət, əlbəttə ki, həyat üçün təhlükəlidir və əməliyyata mütləq göstəriş sayılır. Bundan əlavə, təkrarlanan otit, burunətrafı ciblərin xəstəlikləri, üz skeletindəki dəyişikliklər, aşağı tənəffüs yollarının xəstəlikləri, ürək-damar və sinir sistemi xəstəlikləri olan uşaqlar üçün adenotomiya son dərəcə zəruridir.

Adenoidit varsa, yəni burun-udlaq badamcığının iltihabı ildə üç dəfədən çox təkrarlanırsa, bu halda əməliyyatın icrası vacibdir.

Çox vaxt valideynlər əməliyyat üçün ən optimal yaş həddi ilə maraqlanırlar. Qeyd etmək istəyirəm ki, yaş əməliyyat üçün əks-göstəriş sayılmır və fəsadların qarşısının alınması üçün istənilən yaşda aparıla bilər.

Tibbi məlumatlar

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu.,Zərdabi küç. 53

 +994 12 431 35 31

 +994 12 433 66 84 / 87 / 89 / 91

 +994 50 208 02 55

 info@tusiklinika.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

 Bayram günü : 

Facebook-da Biz

N.Tusi 2024 © Bütün hüquqlar qorunur. Dizayn: İNNOA MMC