+994 12 431 35 31; +994 12 433 66 84 / 87 / 89 / 91 +994 50 208 02 55

Həkim-uroloq Araz Ibrahimov

Sidikdə qanın görülməsi (Makrohematuriya) sidik yolu infeksiyası,uroloji daş xəstəliyi, onkolojiyə qədər bir çox ciddi xəstəliklərə işarət edir və müalicəsində yaranan gecikmə həyati təhlükəyə yol açır.

Makrohematuriya araşdırılması vacib olan bir haldır. Bəzi qida maddələri, dərman preparatlarının qəbulu zamanı, həmçinin ağır fiziki iş və idmanla məşğul olduqda sidikdə qan görülə bilər.

Biz bu əlaməti normal qəbul edərək riskə yol verməməli, ümumi sidik, qan və radioloji testlərlə müayinələri bir qədər dərinləşdirməliyik. Sidikdə qan olması əlamətilə bərabər vücudda ağrı,sancı, yanma, temperaturun olub-olmamasına diqqət edilməli və bu hallar müşahidə olunarsa, mütləq həkim-mütəxəssisə müraciət edilməlidir.
Ən çox rastlanan hallar: "Sidik yolu infeksiyası", "Uroloji daş xəstəliyi", "Prostat vəzin adenoması", "UroOnkoloji xəstəliklər", "Travma,orqan zədələnmələri", "Bəzi dərmanların qəbulu (qan durulducular, pensilinlər, onkoloji preparatlar) agır fiziki iş".

Müalicə: Qanlı sidiyə çıxma hər bir halda ətraflı müayinə edilir və xəstəliyə görə düzgün müalicə taktikası seçilir. Buraya antibiotik qəbulundan başlayaraq planlanlı geniş radikal əməliyyatlar da daxildir.

Tibbi məlumatlar

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu.,Zərdabi küç. 53

 +994 12 431 35 31

 +994 12 433 66 84 / 87 / 89 / 91

 +994 50 208 02 55

 info@tusiklinika.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

 Bayram günü : 

Facebook-da Biz

N.Tusi 2024 © Bütün hüquqlar qorunur. Dizayn: İNNOA MMC