+994 12 431 35 31; +994 12 433 66 84 / 87 / 89 / 91 +994 50 208 02 55

Dr. Parvin Akberov

Sıxılma daha çox qasıq nahiyəsində, sakrospinal bağla gərilmiş armudşəkilli əzələ arasında baş verir. Sinir aşağı sağrı arteriyası ilə birlikdə sıxılmağa məruz qalır. Lümbo-işalgik sindromlar zamanı yaranır. Uzun müddət arxası üstə yatan üzülmüş xəstələrdə, sağrının medial nahiyəsinə uğursuz əzələdaxili inyeksiyalar edildikdə meydana çıxa bilər. Oturaq sinirin neyropatiyası üçün baldırda və topuqlarda yandırıcı ağrı və paresteziyalar xarakterikdir. Ağrı həm armudşəklli əzələ, həm də oturaq sinirin gedişi boyu lokallaşa bilər. Ağrının artması bud-çanaq oynağında budun daxilə fırlanması zamanı, armudşəkilli əzələnin gərilməsi nəticəsində baş verir, budun xaricə fırlanması zamanı isə ağrı sakitləşir. Ağrı həmçinin, budu yaxınlaşdırdıqda da, armudşəklli əzələnin gərginləşməsi səbəbindən güclənir. Nevroloji müayinə zamanı dizdən aşağıdakı bütün əzələlərin zəifliyi və "sallanan" ayaqlar, axil və pəncə reflekslərinin enməsi aşkar edilir. Hipesteziya baldırın bayır kənarında, pəncənin həm alt, həm də üst səthlərində lokallaşmış olur. Baldırda və pəncədə vegetativ-trofik pozuntuların olması xarakterikdir, obliterasiyaedici endarteriitdə rast gəlinən "fasiləli axsama" da müşahidə edilə bilər.

Neyrogen fasiləli axsama - ayaqların mümkün zəifliyinin qoşulması ilə, yeriyərkən ayaqlarda güclü ağrıların, paresteziyaların və dizesteziyaların meydana çıxması şəklində təzahür edir. Adətən bu simptomlar, irəli əyilib dayandıqda itir. Damar mənşəli axsamadan fərqli olaraq, kaudogen axsama sadəcə olaraq dayandıqda itmir və yalnız xəstə oturduqdan və ya uzandıqdan sonra aradan qalxır. Bu, bütün simptomlara, xüsusilə də ağrıya aiddir. Ağrılar, bel qurşağında, sağrıda, baldırda, lap pəncəyə qədər lokallaşa bilər. Xəstələr üçün çox vaxt dik durmaq çətin olur və onlar bud-çanaq və diz oynaqlarında ayaqları bir qədər əyməklə tipik poza almağa məcbur olurlar. Bel stenozu zamanı ağrı ilə müşayiət olunan neyrogen fasiləli axsama 93% hallarda müşahidə edilir. Neyrogen fasiləli axsama damar mənşəli fasiləli axsama ilə birləşə bilər.

Tibbi məlumatlar

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu.,Zərdabi küç. 53

 +994 12 431 35 31

 +994 12 433 66 84 / 87 / 89 / 91

 +994 50 208 02 55

 info@tusiklinika.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

 Bayram günü : 

Facebook-da Biz

N.Tusi 2024 © Bütün hüquqlar qorunur. Dizayn: İNNOA MMC