+994 12 431 35 31; +994 12 433 66 84 / 87 / 89 / 91 +994 50 208 02 55

Litotripsiya

Litotripsiya- güclü dalğa ilə ekstrakarporal böyrək daşlarının dağıdılmasıdır .

Güclü dalğa ilə ekstrakarporal böyrək daşlarının dağıdılması- cərrahi əməliyyat olmayan müalicə metodudur, bu aparat vasitəsilə böyrəkdəki daşların və uretradaki daşın parçalanması həyata keçirilir, bu aparat daşları elə xırda bir hala gətirir ki, sidik ifrazı zamanı bu daşlar bədəndən xaric olunur. Daşların parçalanması üçün xüsusi generatordan çıxan akustik dalğalardan istifadə olunur. Bu generator bədənə toxunulmadan yerləşdirilir. Akustik dalğa generatorda yerləşən parabolik güzgü vasitəsilə daşlara fokuslanir və yüksək dalğalı ultrasəs cihazı vasitəsi ilə daşa yönlənir. Fokuslanma məsəfəsi hər aparatda fərqlidir, onun maksimal fokuslanma məsafesi 16 sm təşkil edir. Bu səbəbdən, bu metod artıq çəkili insanlar üçün yararsızdır, çünki dalğanın daşa gedib çatması mümkünsüzdür. Dalğanın bədən dərisindən daşa keçməsi ağrılı bir proses olduğu üçün xəstəyə prosedur qabağı peroral və ya ineksion ağrıkəsici verilir. Daşın ölçüsündən, bərkliyindən və yerləşdiyi yerdən asılı olaraq prosedur 30-60 dəqiqə davam edir.

Ekstrakarporal litotripsiyaya göstəriciləri:

  • Ölçüsü 5-25 mm olan böyrək daşları
  • Sidik kisəsinin yuxarı və orta hissəsində yerləşən daşlar.

Daşların ölçüsü kiçildikcə yüksək dalğanın fokuslanması çətinləşir və prosedurun nəticəsi olmaya bilər. Daş böyük olanda, əlavə metodlardan istifadə olunması zərurəti yaranır; sidik kanalına stendin taxılması,uretroskopiya və fibrorenoskapiya. Bəzi məqamlarda təkrarən ekstrokarporal litropsiyanın keçirilməsi vacibdir. Ekstrakarporal litotripsiya böyrəyin aşağı hissəsində yerləşən daşlara təsir etmir, bu səbəbdən ki, bu daşlar prosedur zəmnində xaric olunmurlar. Daş bərk olduğu halda prosedurun təsiri olmur.

Prosedurun əks göstəriciləri:

  • Hamiləlik
  • Qan laxtalanmasının pozğunluğu
  • Sidik kisəsinin infeksiyası
  • Böyrək şişi
  • Böyrəyin qeyri adi forması və qeyri adi yerləşməsi
  • Böyrək funksiyasının zəifləməsi

Prosedur öncəsi:

  • Prosedurdan 2 həftə əvvəl qan durulda biləcək dərmanı qəbul etmək olmaz (məsələn: aspirin)
  • Prosedur keçirilən gün, səhər yeməyinin yüngül şəkildə olması məsləhətlidir, çay və kofe içilə bilər.
  • Prosedura gedərkən həkimin göndərişi xəstənin üzərində olmalıdır
  •  Əgər ürəyinizdə kardio stimulator varsa, kardioloqla məsləhətləşmək gərəklidir

Porsedur zamanı:

  • Prosedur ambulator şəkildə keçirilir.
  • Sistem vasitəsi ilə xəstəyə ağrıkəsici köçürülür
  • Apparatın konstruksiyasından və daşın yerləşməsindən asılı olaraq xəstə ya qarın ya da arxası üzərində uzadılır
  • Prosedur zamanında xəstə hərəkət edə bilməz çünki bu ya proseduru dayandıracaq ya da ki prosedurun zamanını uzadacaq.
  • Böyrəyin qarşısına maye ilə dolu yastıq yerləşdirilir (yüksək dalğa generatoru). Yüksək dalğanın və ultrasəsin yaxşı keçməsi üçün yastığın üzərinə gel vurulur, bu səbəbdən ki bədənlə yastığ arasında hava boşluğu yaranmasın.
  • Akustik dalğanın zərbəsi bədəndə nöqtə şəklində qan ləkələri qoya bilər.

Prosedur sonrası:

  • Prosedurdan dərhal sonra xəstə evə buraxila bilər. Amma xəstə ağrıkəsicinin təsiri altında olduğuna görə halsızlıq qaçınılmazdır və bu səbəbdən maşın idarə etmək qadağandır.
  • Prosedurdan sonra ki günlər 1,5 - 2 litr su içilməlidir. Bu sidiyin artması ilə nəticələnəcək və ifraz vasitəsi ilə daşlar bədəndən xaric olacaq.
  • Prosedurdan sonra 2 gün ərzində isti vanna qəbul etmək və saunaya getmək qadağandır, bu böyrəyin qanaxmasına səbəb ola bilər. Duş qəbul etmək məsləhət görülür.
  • Daşlar bədəndən 5-7 gün ərzində xaric olunur və bu zaman xəstə ağrı hiss edə bilər. Lazım olsa ağrıkəsici istifadə oluna bilər.
  • Yüksək dalğa nəticəsində böyrəkdə kontuziya əmələ gəlir və beləliklə ifraz olunan sidik qanlı ola bilər. Bu təhlükəli bir şey deyil.
  • Daşlar böyük olduğu halda prosedurun təkrar keçirilməsi lazim ola bilər və yaxud başqa bir metoddan istifadə etmək gərəkli ola bilər.
  • Daşların ifraz olunmasını kontrol etmək üçün 2-3 həftə keçdikdən sonra rentgen və ultrasəs müayinəsi etmək lazımdır. Müayinə olunmaq üçün göndəriş verən həkimə müraciət edin.

Bu hallarda təcili yardıma müraciət edin:

  • Sidiyin ifraz zamanı daş kisəyə ilişib xaric olunmadığında və ya böyrəkdə qanaxma olduqda, xəstədə bel ağrıları olanda
  • Sidik yollarının soyuqlaması nəticəsində yüksık temperatur
  • Sidik ifrazı zamanı çətinlik.

Tibbi məlumatlar

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu.,Zərdabi küç. 53

 +994 12 431 35 31

 +994 12 433 66 84 / 87 / 89 / 91

 +994 50 208 02 55

 info@tusiklinika.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

 Bayram günü : 

Facebook-da Biz

N.Tusi 2024 © Bütün hüquqlar qorunur. Dizayn: İNNOA MMC