+994 12 431 35 31; +994 12 433 66 84 / 87 / 89 / 91 +994 50 208 02 55

Dr. Farmiz Əliyev "Hǝzm sistemindǝki onkoloji patologiyaların erkǝn mǝrhǝlǝdǝ aşkarlanması müasir tibbin qarşısında duran mühüm mǝsǝlǝlǝrdǝn biridir

İnvaziv Diaqnostika vǝ Müalicǝ Şöbǝsinin 5 illiyinǝ hǝsr olunmuş “İnvaziv diaqnostika vǝ müalicǝ: Bu gündǝn sabaha” adlı konfrans keçirilib.
Tǝdbirdǝ yerli hǝkimlǝrlǝ yanaşı, Türkiyǝ vǝ Rusiyadan dǝvǝt olunmuş tibbi mütǝxǝssislǝr dǝ bu sahǝdǝ ǝn son elmi vǝ praktiki fǝaliyyǝtlǝrini paylaşıblar.
Konfransda hǝkim vǝ mütǝxǝssislǝrlǝ tibbin bu sahǝsinin ǝn aktual mǝsǝlǝlǝri müzakirǝ olunub vǝ cǝrrahi ǝmǝliyyat otaqlarından bir sıra ǝmǝliyyatlar da birbaşa olaraq yayımlanıb. Konfransın sonunda iştirakçılara sertifikatlar tǝqdim olunub.

Tǝdbirdǝ iştirak edǝn hǝkimendoskopist Farmiz Əliyev sualları cavablandırıb.

- Dünyada mǝdǝ-bağırsaq traktındakı onkoloji xǝstǝliklǝrin artım tendensiyası nǝ sǝviyyǝdǝdir?

- Ümumdünya Sǝhiyyǝ  Tǝşkilatının mǝlumatına görǝ, dünyada onkoloji xǝstǝliklǝrin yayılma faizi artır – 1999-cu illǝ müqayisǝdǝ 2020-ci ildǝ 2 dǝfǝ artım gözlǝnilir. Lakin skrininq kolonoskopiyası vǝ qastroskopiyasının sǝhiyyǝdǝ istifadǝsi mǝdǝ vǝ qalın bağırsağın erkǝn xǝrçǝnginin vǝ selikli qişa xǝrçǝnginin ilkin
ǝlamǝtlǝrinin diaqnostikasının xeyli tǝkmillǝşmǝsinǝ yol açdı.

- Tibbdǝ “skrininq” terminini necǝ anlamalıyıq vǝ endoskopiyada hansı müasir yanaşmalar mövcuddur?

- Sǝhiyyǝdǝ skrininq heç bir simptomu olmayan insan qruplarının xǝstǝliyi müǝyyǝn etmǝk üçün müayinǝ edilmǝsi demǝkdir.

Son dövrǝ qǝdǝr cǝrrahiyyǝ ǝmǝliyyatı nǝinki erkǝn xǝrçǝngin müalicǝsinin, hǝm dǝ mǝdǝ bağırsaq traktının iri xoşxassǝli törǝmǝlǝrinin qızıl standartı idi. Lakin kiçik invaziv metodikaların  inkişafı belǝ şişlǝrin, ilk növbǝdǝ, poliplǝrin endoskopik yolla aradan götürülmǝsini mümkün etdi.

Bu törǝmǝlǝrin kǝnarlaşdırılmasının yeni yolları – endoskopik selikli qişa rezeksiyası vǝ endoskopik seliklaltı qat diseksiyası tǝklif vǝ tǝtbiq edilib.

Erkǝn mǝdǝ xǝrçǝnginin endoskopik yolla kǝnarlaşdırılması barǝdǝ mǝlumatı ilk dǝfǝ 1974-cü ildǝ yapon alimlǝri yayıb. M.Tados 1984-cü ildǝ digǝr müǝlliflǝrlǝ
birgǝ endoskopik selikli qişa rezeksiyası (EMR – endoscopicmucosalresection - red.) adlanan, mǝdǝ bağırsaq traktının epitelial törǝmǝlǝrini kǝnarlaşdırmağa imkan verǝn yeni metodikanı hazırladılar. Bu metodika nǝinki polipformalı, hǝm dǝ qeyri-polipformalı törǝmǝlǝri kǝnarlaşdırmağa imkan verir.

Endoskopik seliklaltı qat diseksiyası (ESD – endoscopicsubmucosaldissection - red.) mǝdǝ bağırsaq traktı xǝrçǝnginin kǝnarlaşdırılmasının ǝn yeni, “gǝnc” texnologiyasıdır.

- Pasiyentlǝrin sağ qalma göstǝricilǝri nǝ qǝdǝrdir?

- Mǝdǝ-bağırsaq traktında törǝmǝ olan pasiyentlǝrin sağ qalma göstǝricilǝri diaqnozun qoyulma anındakı patoloji prosesin sǝviyyǝsindǝn asılıdır. Hǝzm sistemindǝki onkoloji patologiyaların vǝ ilkin xǝrçǝng formalarının erkǝn mǝrhǝlǝdǝ aşkarlanması müasir tibbina qarşısında duran mühüm
mǝsǝlǝlǝrdǝn biridir.

Endoskopist hǝkimin prioritet mǝsǝlǝlǝrindǝn biri dǝ yeni tibb texnologiyalarının diaqnostikada vǝ müalicǝdǝ tǝtbiqinǝ bağlıdır.

IMG_6604.jpgIMG_6605.jpg


AdmirorGallery 5.1.1, author/s Vasiljevski & Kekeljevic.
Website security test completed by https://www.security-audit.com

Tibbi məlumatlar

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu.,Zərdabi küç. 53

 +994 12 431 35 31

 +994 12 433 66 84 / 87 / 89 / 91

 +994 50 208 02 55

 info@tusiklinika.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

 Bayram günü : 

Facebook-da Biz

N.Tusi 2019 © Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design