+994 12 431 35 31; +994 12 433 66 84 / 87 / 89 / 91 +994 50 208 02 55

Kardiologiya

Kardioloji kabinet-ürək sağlamlığını qorumaq, hər növ ürək xəstəliklərini aşkar və müalicə etmək məqsədilə xidmət göstərir. Həkimlərimiz tərəfindən yüksək peşəkarlıqla

  • Elektrokardioqramma-EKQ;
  • Holter monitorinq;
  • Exokardioqrafiya –EXO-KQ

müayinələri aparılır.

EKQ ürək əzələsinin və keçirici sistemin funksiyasını araşdırmaq üçün ürəkdə əmələ gələn elektrik fəaliyyətinin yazılmasıdır.Bir axın yüksəldici tərəfindən yüksəldilən yığmalar əsasən istiyə həssas kağız üzərinə yazılır. EKQ ürək xəstəliklərinin aşkar olunmasında, həkimin digər təhlil nəticələri ilə birlikdəı düzgün diaqnozun qoyulmadına yardımçı olur. Holter monitorinq

EKQ Holter cib telefonu kimi kəmərə bağlanan bir cihazdır.3-4 ədəd naqil, elektrodlar (yumşaq plastikdən hazırlanmış 3-4sm ölçüsündə yapışqanlı) vasitəsilə sinəyə bərkidilir. İnsan günlük normal həyatını yaşayır və cihaz planlanan zaman müddətində ürəyin elektrik impulslarını qeydə alır. Zaman sonunda cihaz çıxarılaraq qeydə alınmış impulslar kompyuterdə analiz edilir. Bu alət sayəsində müayinə zamanı görünməyən, amma gün ərzində qısa zamanda olub keçən ürək döyüntüləri, sinə ağrıları, huş itirməyə səbəb bütün ritm pozulmaları aşkar edilə bilir. Holter cihazı taxıldıqdan sonra xüsusilə şikayətləri yaradan hadisələr təkrarlanmalıdır( kofe içmə, nərdivan çıxma və s.).

Exo-kardioqrafiya ürəyin ultrasəs müayinəsidir. Exo-KQ ürək əzələsi və ümumilikdə ürək fəaliyyətinin səs dalğaları ilə dəyərləndirilən müayinə metodudur. Dalğaların radiasiyalı olmaması, müayinə zamanı heç bir dərmandan istifadə edilməməsi hamilələrə, yeni doğulmuş uşaqlar da daxil olmaqla, hər bir nəfərə asanlıqla tətbiq oluna bilər. Ürək böyüməsi, ürək əzələsinin xəstəlikləri, qapaq xəstəlikləri, ürək çatışmazlığı, ürək  daxili kütlələr, tromblar, ürək şişləri, anadangəlmə ürək qüsurları, hətta orqanizmin ən böyük damarının –aortanın xəstəliklərinin təyin edilməsi üçün vacib olan mühüm müayinə metodudur.

 

Tibbi məlumatlar

Bizim Ünvanımız

 Bakı şəh., Nəsimi r-nu.,Zərdabi küç. 53

 +994 12 431 35 31

 +994 12 433 66 84 / 87 / 89 / 91

 +994 50 208 02 55

 info@tusiklinika.az

 İŞ SAATLARI

 Həftə içi saat : 09:00  - 18:00

 Bazar : Bağlıdır

 Bayram günü : 

Facebook-da Biz

N.Tusi 2018 © Bütün hüquqlar qorunur. Dizayn: Innoa Design

Please publish modules in offcanvas position.